Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir - Putin

18:21 22.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Hafta.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb:

“Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.